Şura Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar.
Bünyadov-Məmmədəliyev:
o kəslər üçün ki, onlar zülmə (təcavüzə) məruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə etdiyi cinayətin cəzası nədirsə, onu verərlər).
Elmir Quliyev :
которые мстят, когда против них поступают несправедливо.
Ələddin Sultanov:
Onlar zülmə məruz qaldıqları zaman (haqsızlığa yol vermədən) qisas alarlar.
Kerbelayi Malik ağa:
Onlar zülmə məruz qaldıqları zaman yardımlaşarlar.
Ələsgər Musayev:
O kəslər ki, onda ki, isbat edir onlara zülm, onlar axtarırlar yardım.
A.Mehdiyev və D.Cəfərli:
onlara (cəmiyyətlərinə ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
Kövsər Tağıyev:
bir hücuma məruz qaldıqda aralarında köməkləşənlər üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
o kəslər üçün ki, onlar özlərinə qarşı haqsızlıq ediləndə köməkləşib (onu) dəf edirlər.
Sabirə Dünyamalıyeva:
özlərinə bir haqsızlıq hücum isabət etdiyi zaman, bir-birləri ilə köməkləşən/ intiqam alan insanlar üçün daha xeyirli daha qalıcıdır.