Əlixan Musayev:
(Onlara deyilər:) “Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”
Bünyadov-Məmmədəliyev:
Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!
Elmir Quliyev
:
Им будет сказано: "Вы поступали несправедливо, и сегодня вам не поможет то, что вы разделяете мучения".
Ələddin Sultanov:
Haqsızlıq etdiyinizə görə bu gün peşmançılığınız sizə heç bir fayda verməyəcəkdir. Çünki siz əzabda ortaqsınız.
Kerbelayi Malik ağa:
Bu gün sizə əsla (heç bir şey) fayda verməz. Siz zülm etmişdiniz. Şübhəsiz ki, əzabda ortaqsınız.
Ələsgər Musayev:
Heç faydası yoxdur
sizin üçün bu gün, ondan ötrü ki, siz zalim idiniz. Həqiqətən,
siz əzabda şəriksiniz.
A.Mehdiyev və D.Cəfərli:
(Dünyada özünüzə) zülm etdiyiniz üçün (bu nifrət və uzaqlıq arzunuz) bu gün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz (Cəhənnəm) əzab(ın)da ortaqsınız (və sizin aranıza ayrılıq düşməyəcəkdir).
Kövsər Tağıyev:
Onlara: “(Bu arzunuz) bu gün sizə əsla fayda verməz. Çünki zülm etdiniz. Hamınız əzaba şəriksiniz”, – deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlara deyiləcək): “Haqsızlıq etdiyiniz üçün bu gün (peşmançılıq) sizə heç bir fayda verməyəcəkdir. Çünki siz əzabda müştərəksiniz”.
Sabirə Dünyamalıyeva:
Və bu gün peşmanlıq hiss etməniz sizə heç bir fayda verməyəcək. Siz şirk qoşaraq səhv; öz zərərinizə olan əməli işlədiyiniz zaman həqiqətən əzabda şəriklərsiniz.