Əlixan Musayev:
Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən xəlq etmişik.
Bünyadov-Məmmədəliyev:
Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın etiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)
Elmir Quliyev
:
Но нет! Мы сотворили их из того, что им известно.
Ələddin Sultanov:
Xeyr! Biz onları bildikləri şeydən yaratmışıq.
Kerbelayi Malik ağa:
Xeyr, əsla! Şübhəsiz ki, Biz onları bildikləri şeydən yaratdıq.
Ələsgər Musayev:
Belə deyil!
Həqiqətən, xəlq etdik onları nədən ki, bilirlər.
A.Mehdiyev və D.Cəfərli:
(Xeyr!) Belə deyil; Biz onları özləri bildikləri şeydən (nütfədən) yaratdıq. (Sonrakı mərhələlərdə imana və əmələ təkamül tapmayınca heç kəsin Cənnətə girməyə ləyaqəti çatmaz)!
Kövsər Tağıyev:
Onlardan hər biri Nəim cənnətinə daxil ediləcəyini güman edir?
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr! Biz onları özlərinin də bildikləri bir şeydən yaratmışıq.
Sabirə Dünyamalıyeva:
Qətiyyən onların düşündüyü kimi deyil! Biz, onları bildikləri şeydən yaratdıq.