Əlixan Musayev:
Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
Bünyadov-Məmmədəliyev:
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
Elmir Quliyev
:
Если у вас есть какая-нибудь хитрость, то ухитритесь против Меня!
Ələddin Sultanov:
Əgər sizin bir hiyləniz varsa, Mənə hiylə qurun!
Kerbelayi Malik ağa:
Əgər sizin bir hiyləniz varsa, Mənə qarşı hiylə işlədin.
Ələsgər Musayev:
Əgər oldu sizin üçün fənd və fənd edin Mənə!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.
Kövsər Tağıyev:
Əgər bir tələniz varsa, mənə tələ qurun!
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər bir tələniz varsa, Mənə qarşı qurun!
Sabirə Dünyamalıyeva:
Əgər bir hiyləniz varsa, haydı, o hiyləni mənə qarşı tətbiq edin!