Əlixan Musayev:
O (gün), gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
Bünyadov-Məmmədəliyev:
Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
Elmir Quliyev
:
Это будет истинный день, и всякий, кто пожелает, найдет способ вернуться к своему Господу.
Ələddin Sultanov:
O, haqq olan gündür. Elə isə istəyən Rəbbinə gedən bir yol tutar.
Kerbelayi Malik ağa:
Məhz o gün (mürşidə tabe olunduğu gün) Haqq günüdür. Diləyən kimsə Rəbbinə hidayət edən yolu seçər. (Allaha təslim olan kimsəyə) Allahın Zatı sığınacaq olar.
Ələsgər Musayev:
Bu gün haqdır və kim istəsə götürər Rəbbinə tərəf qayıdan yolu.
A.Mehdiyev və D.Cəfərli:
O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
Kövsər Tağıyev:
Bax bu, haqq olan gündür. Artıq istəyən Rəbbinə doğru bir yol tutar.
M.Qənioğlu və T.Bilaloğlu:
O gün haqdır. İstəyən öz Rəbbinə tərəf gedən bir yol tapar.
Sabirə Dünyamalıyeva:
Və danışmağına icazə verilən, doğrunu söyləyər: "Bax bu, haqq gündür. Kim istəsə Rəbbinə tərəf qayıdan bir sığınacaq yolu tutar.