Ənfal Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Fitnə aradan qalxana qədər din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür.
Bünyadov-Məmmədəliyev:
(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).
Elmir Quliyev :
Сражайтесь с ними, пока не исчезнет искушение и пока религия (поклонение) не будет полностью посвящена Аллаху. Если же они прекратят, то ведь Аллах видит то, что они совершают.
Ələddin Sultanov:
Fitnə (şirk) yox olana din tamamilə Allaha məxsus olanadək onlarla vuruşun! Əgər fitnəyə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür.
Kerbelayi Malik ağa:
Heç bir fitnə qalmayana bütün din Allah üçün olana qədər onlarla savaşın. Əgər onlar (küfrdən) vaz keçsələr, o təqdirdə şübhəsiz ki, Allah etdiyiniz şeyləri ən yaxşı görəndir.
Ələsgər Musayev:
Döyüşün onlarla, ta olmasın sınaq olsun din küllisi onun Allah üçün». Əgər onlar əl çəkdilər, həqiqətən, Allah ilə ki, əməldədirlər, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Onlarla (müşriklərlə) heç bir küfr, fəsad təhlükə qalmayana (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir.
Kövsər Tağıyev:
Fitnə qalmayana din tamamilə Allahın olana qədər onlarla vuruşun. Əgər (küfr etməyə) son qoysalar, şübhəsiz ki, Allah onların etdiklərini haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Fitnə-fəsad yox olanadək din bütövlüklə (təmizlənib) Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (bundan) əl çəksələr, həqiqətən, Allahonların etdiklərini görür!
Sabirə Dünyamalıyeva:
insanları dindən çıxarma fəaliyyəti qalmayıb, din tamamilə Allaha məxsus olana qədər onlarla vuruşun. Artıq əl çəksələr, bilinsin ki, şübhəsiz Allah onların etdiklərini ən yaxşı görəndir.