Əlixan Musayev:
O, insanı nütfədən yaratdı. O isə gözlənilmədən açıq-aşkar mübahisəçiyə çevrildi.
Bünyadov-Məmmədəliyev:
Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik həddinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.
Elmir Quliyev
:
Он сотворил человека из капли, и после этого тот открыто пререкается.
Ələddin Sultanov:
O, insanı nütfədən (bir damcı sudan) yaratdı. Ancaq bir də görürsən ki, o (insan) açıq-aşkar bir düşmənə çevrilib.
Kerbelayi Malik ağa:
İnsanı bir nütfədən yaratdı. Belə olmasına baxmayaraq o, açıq-aşkar düşməndir.
Ələsgər Musayev:
Xəlq etdi insanı nütfədən. Onda ki, o xosunlaşandır aşkar.
A.Mehdiyev və D.Cəfərli:
İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).
Kövsər Tağıyev:
İnsanı nütfədən (bir damla sudan) yaratdı. Bununla belə, görərsən ki, o, Rəbbinə qarşı açıq-aşkar düşmən kəsilib.
M.Qənioğlu və T.Bilaloğlu:
O, insanı bir damla nütfədən xəlq etdi. O [insan] isə, budur, açıq- aşkar düşmən kəsilmişdir.
Sabirə Dünyamalıyeva:
Allah, insanı bir nütfədən əmələ gətirdi. Bir də görürsən ki, o, açıq-aşkar bir düşmən kəsildi.