Əlixan Musayev:
Biz, Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”(– deyə) xəbər verdik.
Bünyadov-Məmmədəliyev:
Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!” – deyə bildirdik.
Elmir Quliyev
:
Мы предопределили сынам Исраила (Израиля) в Писании: "Вы дважды будете бесчинствовать на земле и будете чрезмерно высокомерными".
Ələddin Sultanov:
Biz İsrail oğullarına Kitabda (Tövratda) belə bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və təkəbbürlənərək dikbaşlıq edəcəksiniz!”
Kerbelayi Malik ağa:
İsrail oğullarına kitabda (Tövratda) ‘Yer üzündə iki dəfə fəsad çıxaracaqsınız.’ deyə bildirdik və həqiqətən, böyük bir üstünlüklə qalib gələcəksiniz.
Ələsgər Musayev:
Qəzavat etdik Israil oğullarına kitabda: «İki dəfə ərzdə fəsad
edəcəksiniz və böyüklük iddiasında olacaqsınız!»
A.Mehdiyev və D.Cəfərli:
Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.
Kövsər Tağıyev:
Biz Kitabda (Tövratda) İsrail oğullarına: “Yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və böyük bir kibrə qapılacaqsınız”, – deyə hökm verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Kitabda israil övladları üçün belə bir hökm verdik: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və böyük təkəbbür göstərəcəksiniz."
Sabirə Dünyamalıyeva:
Və Biz İsrail oğullarına Kitabda/[alın] yazısında bunu gerçəkləşdirdik: "Həqiqətən siz, yer üzündə iki dəfə qarışıqlıq yaradacaqsınız/darmadağın ediləcəksiniz və həqiqətən böyük bir yüksəlişlə yüksələcəksiniz.