Əlixan Musayev:
demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam.
Bünyadov-Məmmədəliyev:
Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
Elmir Quliyev
:
и сказал: "Господи! Воистину, кости мои ослабели, а седина уже распространилась по моей голове. А ведь раньше благодаря молитвам к Тебе, Господи, я не был несчастен.
Ələddin Sultanov:
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
Kerbelayi Malik ağa:
(Zəkəriyya ə.s): ‘Rəbbim, həqiqətən mən (zəiflədim) və mənim sümüklərim də zəiflədi və saçlarım ağardı. Rəbbim, mən Sənə dua edərək şaki olmadım.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Rəbbim! Mənim sümüklərim süst və zəif
olub və başımın tükləri ağarıb. Olmamışam dua ilə Sənə,
Rəbbim, məşəqqətli.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Ey Rəbbim, həqiqətən (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam].
Kövsər Tağıyev:
O, belə demişdi: “Rəbbim! Şübhəsiz, sümüklərim zəifləyib boşaldı. Saçım saqqalım ağardı. Sənə etdiyim dualarda (cavabsız qalaraq) heç məhrum olmadım”.
M.Qənioğlu və T.Bilaloğlu:
dedi: "Rəbbim, mənim sümüklərim zəifləyib haldan düşübdür, başım isə ağararaq sanki alovlanır. Səni çağırmaqla, Rəbbim, mən heç vaxt ümidsiz qalmamışam.
Sabirə Dünyamalıyeva:
Belə demişdi: "Ey Rəbbim! Şübhəsiz ki, mənim sümüyünün zəifləyib kövərkləşdi və başım ağaran saçıyla alov kimi yandı. Sənə dua etməklə də, kədərlənmədim.