Nur Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsil fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.
Elmir Quliyev :
Тех, которые обвинят целомудренных женщин и не приведут четырех свидетелей, высеките восемьдесят раз и никогда не принимайте их свидетельства, ибо они являются нечестивцами,
Ələddin Sultanov:
Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun heç vaxt onların şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir.
Kerbelayi Malik ağa:
Muhsinlərə (iffətli qadınlara) zina böhtanı atan, sonra da dörd şahid gətirə bilməyənlərə, o təqdirdə səksən şallaq vurun. Heç vaxt onların şahidliyini qəbul etməyin. Onlar fasiqlərdir.
Ələsgər Musayev:
O kəslər ki, namuslu ərli qadınları böhtanlayırlar, sonra dörd nəfər şahid gətirməyələr, onda onların hər birinə səksən zərbə vurun onların şəhadətini əbədən qəbul etməyin. Həmin onlar fasiqlərdir!
A.Mehdiyev və D.Cəfərli:
(ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər.
Kövsər Tağıyev:
İsmətli qadınları zinakarlıqda ittiham edib sonra da dörd şahid gətirməyənlərə səksən çubuq vurun. Onların şahidliyini əsla qəbul etməyin. Onlar məhz fasiqlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
İsmətli qadınlara şər atıb, sonra isə dörd şahid gətirməyən kişilərə səksən zərbə vurun heç vaxt onların şahidliyini qəbul etməyin. Onlar pozğunlardır,
Sabirə Dünyamalıyeva:
evli, azad qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən kəslər; dərhal bunları səksən qamçı ilə qamçılayın onların şahidliyini ömürləri boyu qəbul etməyin. onlar məhz yoldan çıxanlardır.