Əlixan Musayev:
Həqiqətən, Axirətə iman gətirməyənlərin (bəd) əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar (azğınlıqları )(üzündən heç nə anlamadan) (yer üzündə) veyllənirlər.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
Elmir Quliyev
:
Воистину, тем, которые не веруют в Последнюю жизнь, Мы представили их деяния прекрасными, и они блуждают в растерянности.
Ələddin Sultanov:
Şübhəsiz ki, axirətə inanmayanların əməllərini özlərinə gözəl göstərdik. Buna görə də onlar sərgərdan gəzərlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki axirətə inanmayanlara onların əməllərini yaxşı göstərdik. Beləcə onlar, (şaşqın bir halda) tərəddüd edərlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inanmırlar axirət ilə, zinətli etdik onlar üçün əməllərini onların və onlar kor-koranə gəzib dolanarlar.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, axirət gününə iman gətirməyənlərin (çirkin və batil) əməllərini (onları öz başlarına buraxmaq və şeytanı onlara hakim etməklə) nəzərlərində zinətləndirdik. Buna görə də onlar daim dərbədər bir vəziyyətdədirlər.
Kövsər Tağıyev:
Şübhəsiz, biz axirət həyatına inanmayanların əməllərini özlərinə gözəl göstərdik. O səbəblə çaşqın vəziyyətdə qalıblar.
M.Qənioğlu və T.Bilaloğlu:
Axirətə inanmayanların əməllərini Biz onlar üçün bəzədik və onlar heçnə anlamadan gəzib dolaşırlar.
Sabirə Dünyamalıyeva:
Həqiqətən Biz, axirətə inanmayan o kəslərin işlərini özlərinə bəzəkli göstərdik, onlar da şaşqın bir vəziyyətdə qaldılar.