Qəsəs Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!
Elmir Quliyev :
Фараон возгордился на земле и разделил ее жителей на группы. Одних он ослаблял, убивая их сыновей и оставляя в живых их женщин. Воистину, он был одним из тех, кто распространял нечестие.
Ələddin Sultanov:
Firon öz torpağında (Misirdə) azğınlıq edərək oranın əhalisini zümrələrə ayırmışdı. O, onlardan bir qövmün (İsrail oğullarının) oğlan uşaqlarını boğazlayıb qadınlarını sağ buraxaraq onları alçaldırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
Kerbelayi Malik ağa:
Firon həqiqətən yer üzündə (Misirdə hökmdar idi) xalqını qruplara ayırdı. Onların bir qismini (yəhudiləri) gücsüz buraxır, onların oğullarını öldürür, qızlarını sağ buraxırdı. Şübhəsiz ki, o, fəsad çıxaranlardan idi.
Ələsgər Musayev:
H?qiq?t?n, Firaun ?rzd? boyukluk etdi v? etdi onun ?hlini si?l?r. Onlardan bir tayfan? z?if ed?r?k, oglanlar?n? oldurub v? qad?nlar?n? diri saxlay?rd?. H?qiq?t?n, o, f?sad ed?nl?rd?n oldu!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı hakimiyyət tapdı oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi.
Kövsər Tağıyev:
Həqiqətən, Firon yer üzündə (öz ölkəsində) təkəbbürə qapılmış oranın əhalisini zümrələrə bölmüşdü. Onlardan bir qismini əzir, oğullarını boğazlayır, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Firon öz olduğu yerdə [Misirdə] təkəbbürləndi onun sakinlərini dəstələrə böldü. Onlardan bir qismini zəiflədir, onların oğullarını öldürüb qız-qadınlarını diri saxlayır. Həqiqətən, o, fitnə- fəsad törədənlərdən idi.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Firon yer üzündə ucaldı idarəsi altındakı insanları dəstələrə böldü; onlardan bir dəstəni zəiflətmək istəyir; bunların oğullarını öldürür; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütlə meydana gətirərək zəiflədir, qadınlarını utanca boğurdu. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi.