Əlixan Musayev:
Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.
Bünyadov-Məmmədəliyev:
Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!
Elmir Quliyev
:
Неужели те, которые совершают злые деяния, полагают, что они опередят Нас (спасутся от наказания)? Скверно же они судят!
Ələddin Sultanov:
Yoxsa pis işlər görənlər bizdən qaça biləcəklərinimi zənn edirlər? Onlar necə də pis hökm verirlər!
Kerbelayi Malik ağa:
Yoxsa pis əməl işləyənlər Bizim imtahanımızı keçəcəklərinimi sandılar? Qərar verdikləri şey nə pisdir!
Ələsgər Musayev:
Yoxsa hesab edirlər o kəslər ki, pis əməllər edirlər, Bizi qabaqlayırlarmı? Pis mühakimə edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (etiqadlarıyla və əməlləriylə) günahlara batanlar (hesab-kitab və cəza məqamında) Bizdən sovuşacaqlarını və Bizi aciz edəcəklərinimi güman etdilər?! Onlar necə də pis mühakimə yürüdürlər?
Kövsər Tağıyev:
Pis əməllər işləyənlər yoxsa qaçıb bizdən qurtulacaqlarını zənn etdilər? Necə də pis mühakimə yürüdürlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa bəd əməllər törədənlər belə hesab edirlər ki, onlar Bizdən qaçıb qurtara biləcəklər? Onlar nə pis mühakimə edirlər!
Sabirə Dünyamalıyeva:
Yoxsa pislik edənlər, Bizim qarşımıza keçə biləcəklərini/Bizden qaça biləcəklərini güman edirlər? Mənimsədikləri bu mühakimə necə də pisdir!