Əlixan Musayev:
(Bunlar ona görədir) ki, (Allah) iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və bolluca ruzi vardır.
Bünyadov-Məmmədəliyev:
(Bütün bunlar ona görədir ki, Allah) iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
Elmir Quliyev
:
дабы Он воздал тем, которые уверовали и совершали праведные деяния. Именно им уготовано прощение и щедрый удел".
Ələddin Sultanov:
Allah bunları iman gətirib yaxşı işlər görənləri mükafatlandırmaq üçün etmişdir. Onlar üçün bağışlanma və gözəl ruzi vardır.
Kerbelayi Malik ağa:
(Qiyamətin qopması) amənu olanları və əməli salihat (nəfsini islah) edənləri mükafatlandırmaq üçündür. Onlar üçün məğfirət və kərim (gözəl, bol) ruzi vardır.
Ələsgər Musayev:
Ondan ötrü ki,
versin mükafatını o kəslərin ki, inanırlar və əməli salehdirlər.
Həmin onlar üçündür bağışlanmaq və kəramətli ruzilər.
A.Mehdiyev və D.Cəfərli:
(Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır.
Kövsər Tağıyev:
Allahın iman edib saleh əməl işləyənləri mükafatlandırması üçün (hər şey o kitabda qeyd olunmuşdur). Məhz onlar üçün bir bağışlanma və bərəkətli bir ruzi var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar ona görədir ki, O, iman gətirənləri və əməlisalehləri mükafatlandırsın. Onlara bir bağışlanma və gözəl ruzi olacaqdır.
Sabirə Dünyamalıyeva:
-bax onlar üçün bir əfv və bol bir ruzi var- əvəzini vermək üçün sizə həqiqətən gələcəkdir. Ondan göylərdə və yerdə zərrə qədər ağırlığı olan heç bir şey qaça bilməz. Ondan daha kiçik və daha böyük nə varsa, hamısı həqiqətən açıq-aşkar bir kitabdadır."