Zümər Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allahdır.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada ehtiyacı vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!
Elmir Quliyev :
Если бы Аллах захотел иметь детей, то Он избрал бы из Своих творений того, кого бы пожелал. Пречист Он! Он Аллах, Единственный, Всемогущий.
Ələddin Sultanov:
Əgər Allah övlad götürmək istəsəydi, əlbəttə, yaratdıqlarından istədiyini seçərdi. O, pak müqəddəsdir. O, tək olan hər şeyə qalib gələn Allahdır!
Kerbelayi Malik ağa:
Əgər Allah bir övlad götürmək istəsəydi, mütləq yaratdıqlarından dilədiyini seçərdi. O, Sübhandır. O, Allah Vahiddir, Qəhhardır.
Ələsgər Musayev:
Əgər Allah iradə etsəydi ki, Özünə övlad götürsün, seçərdi nədən xəlq edib, ki, istəyir. Sübhandır O! O Allah - Vahiddir, Qahirdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib (hər şeyə) hakim Allahdır.
Kövsər Tağıyev:
Əgər Allah bir övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini seçərdi. O, bundan uzaqdır, ucadır. O, tək hər şey üzərində mütləq hakimiyyət sahibi olan Allahdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah övlad götürmək istəsəydi, onda öz yaratdıqlarından istədiyini seçərdi. Ona təriflər olsun! O, vahid, (hər şeyə) qalib Allahdır!
Sabirə Dünyamalıyeva:
Əgər Allah özünə övlad götürmək istəsəydi, həqiqətən yaratdıqlarından istədiyini seçərdi. O, bundan pakdır. O, bir olan, qəhr edən Allahdır.