Nisa Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla halallıqla yeyin!
Bünyadov-Məmmədəliyev:
Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!
Elmir Quliyev :
Давайте женщинам их брачный дар от чистой души. Если же они по доброй воле отдадут вам часть его, то вкушайте это во благо и на здоровье.
Ələddin Sultanov:
Qadınlara mehrlərini könül xoşluğu ilə verin! Əgər öz xoşları ilə ondan sizə bir şey bağışlasalar, onu nuşcanlıqla yeyin!
Kerbelayi Malik ağa:
Qadınlara mehirlərini könül xoşluğu ilə verin. Lakin öz istəkləri ilə ondan (mehirdən) bir qismini sizə pay olaraq versələr, o təqdirdə onu nuşcanlıqla rahat yeyin.
Ələsgər Musayev:
Əta edin qadınlara sədaqətlərini onların hədiyyə olaraq. əgər öz razılıqları ilə sizə bir şeydən versələr ondan onda yeyin onları xoşluqla, iştahla.
A.Mehdiyev və D.Cəfərli:
qadınların mehriyyələrini onlara könül xoşluğu ilə bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş ləzzətlə xərcləyin.
Kövsər Tağıyev:
Qadınlara mehrlərini (bir vəzifə olaraq) könül xoşluğu ilə verin. Əgər öz istəkləri ilə o mehrin bir hissəsini sizə bağışlasalar, onu da nuşcanlıqla yeyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlara onların öz mehrlərini xoşluqla verin. Əgər onlar öz xoşları ilə bundan sizə bir şey versələr, onu halal xoşluqla yeyin!
Sabirə Dünyamalıyeva:
yetimlərin qadınlarına mehrlərini[#364] könül xoşluğu ilə verin. Sizdən alası olduqlarının bir qismini özləri sizə xoşluqla versələr/bağışlasalar, onu nuşcanlıqla, çəkinmədən yeyin.