Əlixan Musayev:
Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.
Bünyadov-Məmmədəliyev:
Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
Elmir Quliyev
:
Знамения Аллаха оспаривают только неверующие. Пусть не обольщает тебя то, как они мечутся на земле.
Ələddin Sultanov:
Kafirlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın.
Kerbelayi Malik ağa:
Kafirlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Artıq onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.
Ələsgər Musayev:
Allahın ayətlərində mücadilə edirlər
ancaq o kəslər ki, kafirdirlər. Onların ölkədə gərdişləri səni
qürurlu etməsin.
A.Mehdiyev və D.Cəfərli:
Allahın ayə (və möcüzə)ləri barəsində kafirlərdən başqa heç kəs mübahisə etməz. (Onlar da nəhayət öz cəzalarına çatacaqlar.) Buna görə də onların şəhərlərdə gəl-get etmələri (və mal, övlad və qüdrətlərinin çoxluğu) səni aldatmasın.
Kövsər Tağıyev:
Allahın ayələri haqqında inkar edənlərdən başqası mübahisəyə girməz. Onların şəhərlərdə gəzib dolaşmaları səni aldatmasın.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Qoy onların ölkə içərisində rahat gəzib dolaşmaları səni aldatmasın.
Sabirə Dünyamalıyeva:
Allahın ayələri haqqında yalnız kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər] mübahisə edər. O halda, onların şəhərlərin içində gəzib dolaşmaları səni yanıltmasın.