Əlixan Musayev:
Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).
Elmir Quliyev
:
Воистину, он находится у Нас в Матери Писания (хранимой скрижали). Он возвышен, преисполнен мудрости.
Ələddin Sultanov:
Şübhəsiz ki, o (Quran), dərgahımızdakı əsas kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, hikmətlidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, O (Quran), dərgahımızda Ümmülkitabdadır. Həqiqətən ucadır, Hakimdir (hökm və hikmət sahibidir).
Ələsgər Musayev:
Həqiqətən, o ümmil-kitabda
yanımızdadır – alidir, həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bu (Qur’an) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.
Kövsər Tağıyev:
Şübhəsiz, o qatımızdakı ana kitabda (Lövhi-məhfuzda) mövcuddur, çox ucadır, hikmətlərlə doludur.
M.Qənioğlu və T.Bilaloğlu:
O, dərgahımızdakı ana Kitabda [Lövhi-Məhfuzda] mövcuddur. O, ucadır, hökm və hikmətlə doludur.
Sabirə Dünyamalıyeva:
Və şübhəsiz Quran, Bizim yanımızdakı əsl mənbədə həqiqətən çox ucadır və qanunlar ehtiva etməkdədir, möhkəmdir/pozulmasının qarşısı alınmışdır.