Əlixan Musayev:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Он — Тот, Кто ниспослал покой в сердца верующих, чтобы их вера увеличилась. Аллаху принадлежит воинство небес и земли. Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Möminlərin qəlblərinə imanlarını iman ilə artırmaq üçün səkinəti endirən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
O – Odur ki,
nazil etdi sakitliyi inananların qəlbinə, ondan ötrü ki, onlar
imanları ilə iman artırsın. Allah üçündür səmaların və ərzin
qoşunları. Oldu Allah Alim, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir.
Kövsər Tağıyev:
O, iman edənlərin imanlarını qat-qat artırmaları üçün qəlblərinə hüzur və arxayınlıq endirəndir. Göylərin və yerin orduları Allahındır. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlərin imanları üstünə iman artırmaq üçün onların ürəklərinə rahatlıq endirən Odur! Göylərin və yerin qoşunları Allahındır. Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Öz imanları ilə birgə, iman baxımından artsınlar deyə möminlərin qəlblərinə qəlbləri təskin edən arxayınlıq və sakitlik hissini endirən Odur. Göylərin və yerin orduları da yalnız Allaha məxsusdur. Və Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.