Ənam Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər.
Bünyadov-Məmmədəliyev:
Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!
Elmir Quliyev :
Какое бы знамение из знамений их Господа ни являлось к ним, они отворачивались от него.
Ələddin Sultanov:
Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
Kerbelayi Malik ağa:
Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirmiş olmasınlar.
Ələsgər Musayev:
Onlara Rəblərinin ayətlərindən elə bir ayət gəlmədi ki, ondan üz döndərməsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.
Kövsər Tağıyev:
Onlara Rəblərinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara Rəbbindən hansı ayə gələrsə, ondan üz çevirərlər.
Sabirə Dünyamalıyeva:
Onlar isə, Rəbbinin ayələrindən bir ayə gələn kimi mütləq ondan qaçıb uzaqlaşmışlar.