Səff Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
Elmir Quliyev :
Воистину, Аллах любит тех, которые сражаются на Его пути рядами, словно они прочное строение.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb vuruşanları sevər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah Onun yolunda saff bağlayaraq döyüşənləri sevər. Onlar sanki bir-birinə birləşdirilərək qüvvətləndirilmiş binalar kimidir.
Ələsgər Musayev:
Həqiqətən, Allah sevir o kəsləri ki, Onun yolunda səflərlə döyüşürlər, sanki onlar möhkəm, dolu bir binadırlar!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər.
Kövsər Tağıyev:
Heç şübhə yoxdur ki, Allah öz yolunda divarları bir-birinə bərkidilmiş bir bina kimi səf bağlayaraq döyüşənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sıx hörülmüş divar kimi səf bağlayaraq, Onun yolunda vuruşanları sevir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, Onun yolunda [bir-birinə möhkəm] rəbt edilmiş bir divar kimi səf çəkib döyüşən kəsləri sevər.