Əlixan Musayev:
Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar (divara )söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də (haqdan) döndərilirlər!
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər!
Elmir Quliyev
:
Когда ты смотришь на них, их тела восхищают тебя. Когда они говорят, ты слушаешь их слова. Они подобны прислоненным бревнам. Всякий крик они считают обращенным против них. Они являются врагами — остерегайся же их. Да погубит их Аллах! До чего же они отвращены от истины!
Ələddin Sultanov:
Onları gördüyün zaman cüssələri sənin xoşuna gələr, danışdıqlarında da sözlərinə qulaq asarsan. Onlar sanki divara söykədilmiş kötüklər kimidirlər. Hər bağırtının öz əleyhlərinə olduğunu zənn edərlər. Onlar düşməndirlər. Buna görə də onlardan ehtiyat et! Allah onların canını alsın! Necə də (haqdan) döndərilirlər. (Yuxarıdakı ayədə münafiqlərdən bəhs olunur. Belə ki, onların bir qismi cüssəli və yaraşıqlı idi. Onlar məscidə gəlib divara söykənərək öz aralarında söhbət edərdilər. Buna görə də onlar divara söykədilmiş kötüklərə bənzədilmişlər.)
Kerbelayi Malik ağa:
Onları gördüyün zaman onların cüssələri (görünüşləri) səni heyran edir. Əgər danışsalar, onların sözlərini dinləyirsən, onlar sanki divara söykənən kötüklər kimidirlər. Hər bir səs-küyü öz əleyhlərinə sanırlar. Onlar düşməndirlər. Artıq onlardan həzər et (çəkin), Allah onları həlak etsin, necə də (haqdan) döndərilirlər.
Ələsgər Musayev:
Onda sən onları
görürsən, səni təəccübə gətirir onların cisimləri. Əgər deyirlər,
sən eşidirsən onların sözünü. Onlar elə bil söykədilmiş
dirəklərdir. Külli səsləri öz əleyhlərinə hesab edirlər. Onlar
düşmənlərdir, onlardan həzər et! Allah onları qətlə yetirsin,
necə də haqdan üz döndərən oldular!
A.Mehdiyev və D.Cəfərli:
Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,) danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir! (Qorxaqlığın şiddətindən) hər bir fəryadın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər; onlar (həqiqi) düşməndirlər, onlardan özünü gözlə; Allah onları öldürsün! (Haqdan) necə və haraya döndərilirlər?!
Kövsər Tağıyev:
Onları gördüyün zaman cüssələri xoşuna gələr. Danışsalar, sözlərinə qulaq asarsan. Onlar sanki libas geyindirilmiş odun kimidirlər. Hər qüvvətli səsi öz əleyhlərinə sanırlar. Onlar düşməndir, onlardan uzaq dur! Allah onları məhv etsin! Necə də (haqdan) döndərilirlər!
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onlara baxanda qədd-qəmətləri xoşuna gəlir və onlar danışanda sən onların dediklərinə qulaq asırsan. Əslində isə onlar paltar geydirilmiş müqəvva kimidirlər. Onlar belə hesab edirlər ki, hər bir səs-küy onların əleyhinədir. Düşmən onlar özləridir, onlardan çəkin! Qoy Allah onları vursun, necə də haqdan döndərilirlər!
Sabirə Dünyamalıyeva:
Onları gördüyün zaman, cüssələri -onlar sanki söykədilmiş [dayaq verilmiş]/qismən geydirilmiş taxta kötüklər kimidir- xoşuna gəlir. Danışdıqları zaman da qulaq asırsan.[Onlar] Hər fəryadı [səs-küyü] özlərinin əleyhinə sanarlar. Onlar düşməndirlər, buna görə də onlardan uzaq dayanıb özünüzü gözləyin. -Allah onları qəhr etdi; necə də [haqdan] döndərilirlər!-