Əlixan Musayev:
Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
Bünyadov-Məmmədəliyev:
Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.
Elmir Quliyev
:
Ангелы и Дух (Джибрил) восходят к Нему в течение дня, равного пятидесяти тысячам лет.
Ələddin Sultanov:
Mələklər və Ruh (Cəbrail) müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə Onun yanına yüksələrlər.
Kerbelayi Malik ağa:
Mələklər və ruh Ona müddəti əlli min il olan bir gündə yüksələr.
Ələsgər Musayev:
Mələklər və Ruh ona tərəf çıxarlar o gündə ki, miqdarı onun əlli min il oldu.
A.Mehdiyev və D.Cəfərli:
Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab – kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
Kövsər Tağıyev:
Mələklər və Ruh (Cəbrail) müddəti əlli min il olan bir gündə Ona yüksələr.
M.Qənioğlu və T.Bilaloğlu:
Mələklər və ruh Onun dərgahına uzunluğu əlli min ilə bərabər olan bir gündə qalxarlar.
Sabirə Dünyamalıyeva:
Xəbərçi ayələr və vəhy, ölçüsü əlli min il olan bir gün içində Ona yüksələr/yer üzündən çəkilər.