İnsan Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar alovsaçan od hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
Biz kafirlər üçün zəncirlər, qandallar alovlu bir atəş hazırlamışıq.
Elmir Quliyev :
Мы приготовили для неверующих цепи, оковы и пламя.
Ələddin Sultanov:
Biz kafirlər üçün zəncirlər, qandallar alovlu bir od hazırlamışıq.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz kafirlər üçün zəncirlər, dəmir halqalar alovlu atəş hazırladıq.
Ələsgər Musayev:
Həqiqətən, Biz kafirlər üçün zəncirlər qandallar yanar od hazır etmişik.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar alovlu bir od hazırlamışıq.
Kövsər Tağıyev:
Şübhəsiz, biz kafirlər üçün zəncirlər, dəmir halqalar alovlu bir atəş hazırladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər üçün isə zəncirlər, qandallar cəhənnəm odu hazırladıq.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz, kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün zəncirlər, boyunduruqlar alovlu bir atəş hazırlamışıq.