Əlixan Musayev:
Onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır.
Bünyadov-Məmmədəliyev:
Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
Elmir Quliyev
:
Они являются истинно верующими. Им уготованы высокое положение у их Господа, прощение и щедрый удел.
Ələddin Sultanov:
Həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün Rəbbi dərgahında (cənnətdə) dərəcələr, bağışlanma və bitməz-tükənməz bir ruzi vardır.
Kerbelayi Malik ağa:
Onlar gerçək möminlərdir. Onların Rəblərinin yanında dərəcələri vardır. Onlar üçün məğfirət (günahların savaba çevrilməsi) vardır və kərim bir ruzi vardır.
Ələsgər Musayev:
Həmin onlar həqiqi inananlardır. Onlar üçün dərəcələr vardır Rəbləri yanında və bağışlanmaq və kəramətli ruzilər!
A.Mehdiyev və D.Cəfərli:
Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.
Kövsər Tağıyev:
Onlar həqiqi möminlərdir. Onlara Rəbləri qatında yüksək mərtəbələr, bağışlanma və bol ruzi var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar, doğrudan da, möminlərdir. Onlar üçün özlərinin Rəbbi yanında (yüksək) dərəcələr, bağışlanma və bolluca ruzi vardır!
Sabirə Dünyamalıyeva:
Bax bunlar, həqiqətən inananlardır. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bəyənilmiş bir ruzi vardır.