Əlixan Musayev:
Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. On-larla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.
Bünyadov-Məmmədəliyev:
Müqavilə bağlandıqdan sonra sizə qarşı bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!
Elmir Quliyev
:
Это не относится к тем многобожникам, с которыми вы заключили договор и которые после этого ни в чем его не нарушили и никому не помогали против вас. Соблюдайте же договор с ними до истечения его срока. Воистину, Аллах любит богобоязненных.
Ələddin Sultanov:
Ancaq sizinlə müqavilə bağladıqdan sonra sizə qarşı heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi vaxtı bitənə qədər davam etdirin. Şübhəsiz ki, Allah müttəqiləri sevər.
Kerbelayi Malik ağa:
Müşriklərdən əhd bağladığınız kimsələrdən, sonradan sizdən bir şey əksiltməyənlər və sizin əleyhinizə heç kəsə yardım etməyənlər müstəsnadır. O təqdirdə onların müddətinə qədər əhdlərini tamamlayın. Şübhəsiz ki, Allah təqva sahiblərini sevər.
Ələsgər Musayev:
Ancaq o kəslərdən
başqa ki, əhd bağlayıbsınız müşriklərdən, sonra sizin qarşınızda
heç bir şeylə onu pozmurlar və sizin əleyhinizə bir kəsə kömək
etmirlər! Başa çatdırın əhdinizi onlarla müddətlərinə qədər.
Həqiqətən, Allah sevir müttəqiləri!
A.Mehdiyev və D.Cəfərli:
Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən Allah pərhizkarları sevir.
Kövsər Tağıyev:
Ancaq Allaha şərik qoşanlardan saziş bağladıqlarınız, sonra da əhdlərində sizə qarşı heç bir nöqsana yol verməmiş və sizin əlehinizə heç kimə kömək etməmiş kəslər bu hökmün xaricindədir. Onların əhdlərini müddəti bitənə qədər tamamlayın. Şübhəsiz ki, Allah özünə qarşı gəlməkdən çəkinənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
O müşriklərdən başqa ki, onlarla əhd bağlamısınız, sonra onlar sizin qarşınızda bunu heç pozmayıblar və sizin əleyhinizə bir nəfərə belə kömək etməyiblər. Onlarla olan əhdi müddəti bitənə kimi tam yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.
Sabirə Dünyamalıyeva:
-şərik qoşanlardan əhd bağladığınız, sizə heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kimlə köməkləşməmiş kəslər istisna olmaqla- Siz də müddəti [bitənə] qədər onlara verdiyiniz sözləri yerinə yetirin. Şübhəsiz ki, Allah, Özünün mühafizəsi altına dax