Əlixan Musayev:
O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər.
Bünyadov-Məmmədəliyev:
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
Elmir Quliyev
:
В эту ночь ангелы и Дух (Джибрил) нисходят с дозволения их Господа по всем Его повелениям.
Ələddin Sultanov:
O gecə mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər.
Kerbelayi Malik ağa:
Mələklər və ruh (Cəbrail ə.s) o gecədə Rəblərinin izniylə bütün əmrlər üçün yerə enərlər.
Ələsgər Musayev:
Nazil olar mələklər və Ruh orada izni ilə Rəblərinin külli
əmrindən.
A.Mehdiyev və D.Cəfərli:
O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.
Kövsər Tağıyev:
Mələklər və Ruh (Cəbrail) o gecədə Rəblərinin izni ilə hər bir işdən ötrü enərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O gecə mələklər və ruh [Cəbrail] öz Rəbbinin izni ilə hər bir əmrə görə enirlər.
Sabirə Dünyamalıyeva:
Xəbər verən ayələr,içindəki ruh; can verən, canlı saxlayan gücləriylə Rəbblərinin izni ilə/məlumatı daxilində, dan yeri sökülənə kimi/işıqlığa qovuşana kimi elə hey enərlər;