Rəd Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək ya (ondan öncə) səni öldürsək (bil ki,) sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.
Bünyadov-Məmmədəliyev:
Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək ya (ondan qabaq) səni öldürsək (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!
Elmir Quliyev :
Покажем Мы тебе часть того, что Мы обещаем им, или умертвим тебя, на тебя возложена только передача откровения, а Нам надлежит предъявлять счет.
Ələddin Sultanov:
Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, yaxud (ondan əvvəl) səni öldürsək bil ki, sənin vəzifən ancaq (Allahın dinini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.
Kerbelayi Malik ağa:
Əgər onlara vəd etdiyimizin bir qismini sənə göstərsək ya səni vəfat etdirsək artıq sənin üzərinə düşən yalnız təbliğdir. Hesab çəkmək Bizim üzərimizdədir.
Ələsgər Musayev:
Onlara verdiyimiz vədlərin bəzisini sənə göstərərik, ya sənə vəfat bağışlarıq. Həqiqətən, sənin vəzifən təbliğ etmək Bizim vəzifəmiz hesab çəkməkdir.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlara vəd etdiklərimizin (dünyəvi cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır (imana məcbur etmək hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir.
Kövsər Tağıyev:
Onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də, (göstərmədən) sənin ruhunu alsaq da, sənin vəzifən yalnız təbliğ etməkdir. Haqq-hesab çəkmək isə bizə aiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara vəd etdiyimiz (əzabın) bir hissəsini onlara necə verdiyimizi sənə göstərsək də, (göstərməzdən əvvəl) sənin əcəlini çatdırsaq da (bil ki,) sənin üzərinə ancaq bəyan etmək düşür. Haqq-hesab çəkmək isə Bizim Öz üzərimizə düşür.
Sabirə Dünyamalıyeva:
onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək, yaxud keçmişdə etdiklərini etməli olduğun halda etmədiklərini bir-bir sənə xatırlatsaq, şübhəsiz, yenə sənin vəzifən yalnız təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.[#384]