Bəqərə Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!
Bünyadov-Məmmədəliyev:
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!
Elmir Quliyev :
О сыны Исраила (Израиля)! Помните милость, которую Я оказал вам. Будьте верны завету со Мной, и Я буду верен завету с вами. Меня одного страшитесь.
Ələddin Sultanov:
Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi yada salın! Mənə verdiyiniz sözü tutun ki, Mən sizə verdiyim sözü tutum. Yalnız Məndən qorxun!
Kerbelayi Malik ağa:
Ey İsrail oğulları! Sizi nemətləndirdiyim o nemətimi xatırlayın əhdimi yerinə yetirin. Beləcə, Mən sizə olan əhdimi yerinə yetirim (sizləri vəd etdiyim cənnətimə daxil edim) (əhdinizə sadiq qalmaqda) artıq yalnız Məndən qorxun.
Ələsgər Musayev:
Ay Israil oğulları! Zikr edin nemətimi, hansı kinemət vermişəm üzərinizə sizin vəfa edin əhdimləvəfa edim əhdinizlə təkcə Mənə vahiməlilik Mənə!
A.Mehdiyev və D.Cəfərli:
Ey İsrail övladları (ey Yəqubun yəhudi xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın Mənim əhd-peymanıma vəfa edin ki, Mən sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab mükafat verməkdir). yalnız Məndən qorxun!
Kövsər Tağıyev:
Ey İsrail oğulları!3 Sizə verdiyim neməti xatırlayın. Mənə verdiyiniz sözü yerinə yetirin ki, mən sizə verdiyim sözü yerinə yetirim. Yalnız məndən qorxun.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey İsrail övladları ! Sizə bəxş etdiyim nemətimi xatırlayın ! Mənə verdiyiniz əhdə vəfa qılın, Mən sizinlə olan əhdimə əməl edərəm. Yalnız Məndən qorxun !
Sabirə Dünyamalıyeva:
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, Mənim əhdimə/Mənə verdiyiniz sözə vəfa göstərin ki, Mən sizin əhdinizə vəfa göstərim. yalnız Mənə qarşı adam olmalısınız.