Əhzab Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!
Elmir Quliyev :
Мухаммад не отец кого-либо из ваших мужей, а Посланник Аллаха и печать пророков (или последний из пророков). Аллах знает о всякой вещи.
Ələddin Sultanov:
Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Məhəmməd (s.ə.s) aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin Allahın Rəsuludur Nəbilərin (Peyğəmbərlərin) Xatəmidir (Sonuncusudur). Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Olmadı Muhəmməd sizin kişilərinizdən birinin atası lakin rəsuludur Allahın xatəm-ən-nəbiyyinə, oldu Allah küllisi ilə şeyin Alim!
A.Mehdiyev və D.Cəfərli:
Muhəmməd (səlləllahu ələyhi alihi səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur peyğəmbərlərin sonuncusudur. Allah həmişə hər bir şeyi biləndir.
Kövsər Tağıyev:
Muhamməd aranızdakı kişilərdən hər hansı birinin atası deyil. Lakin o, Allahın Rəsulu nəbilərin sonuncusudur. Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məhəmməd sizin kişilərin heç birinin atası olmamışdır, ancaq Allahın peyğəmbəri peyğəmbərlərin sonuncusu olmuşdur. Allah hər şeyi bilir.
Sabirə Dünyamalıyeva:
Məhəmməd, sizin [aranızdaki] kişilərdən heç birinin atası deyil. O, yalnızca Allahın elçisi peyğəmbərlərin sonuncusudur. Allah, hər şeyi ən yaxşı biləndir.