Səba Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün (Allah) onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizəmi ibadət edirdilər?”
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: “Bunlar sizəmi ibadət edirdilər?”
Elmir Quliyev :
В тот день Он соберет их всех, а затем скажет ангелам: "Это они поклонялись вам?"
Ələddin Sultanov:
O gün Allah onların hamısını toplayacaq, sonra mələklərə: “Bunlar sizə ibadət edirdilər?” - deyəcəkdir.
Kerbelayi Malik ağa:
O gün onların hamısını həşr edəcək (bir yerdə toplayacaq). Sonra mələklərinə belə buyuracaq: ‘Sizə tapınmış olanlar bunlarmı?’
Ələsgər Musayev:
O gün toplayar onları cəmiyyən, sonra deyər mələklərə: «Ə, bunlar sizə ibadət edirdilər?»
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o günü ki, onların hamısını (ibadət edənləri ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
Kövsər Tağıyev:
Allahın onların hamısını bir yerə toplayacağı, sonra da mələklərə: “Bunlarmı sizə ibadət edirdilər?” deyəcəyi günü bir xatırla!
M.Qənioğlu və T.Bilaloğlu:
O günü O, onların hamısını bir yerə toplayacaq, sonra isə mələklərə deyəcəkdir: "Sizə (qulaq asıb) ibadət edənlər bunlardırmı?"
Sabirə Dünyamalıyeva:
o gün Allah onları bir yerə yığacaq, sonra da mələklərə: "Bunlarmı sizə ibadət edirdilər?" deyəcək.