Əlixan Musayev:
Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).
Elmir Quliyev
:
Мы схватили его вместе с войском и бросили их в море, и он был достоин порицания.
Ələddin Sultanov:
Nəhayət, Fironu və əsgərlərini yaxaladıq və onları dənizə atdıq. O, (boğularkən, iman gətirmədiyi üçün) öz-özünü qınayırdı.
Kerbelayi Malik ağa:
Beləcə özünü məzəmmət etdiyi halda onu və ordularını yaxalayıb dənizə atdıq.
Ələsgər Musayev:
Tutduq Biz onu və onun qoşununu və tökdük onları dənizdə.
Və o məlamətə layiq idi!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.
Kövsər Tağıyev:
Bundan sonra biz də onu və ordularını yaxalayıb dənizə atdıq. O isə (peşman olub) özünü qınayırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu və qoşunlarını yaxalayaraq dənizə tökdük. O, doğrudan da öz-özünü məzəmmət edirdi!
Sabirə Dünyamalıyeva:
Sonra da Biz, onu və ordularını yaxaladıq və onları bol suya/çaya atdıq. O isə məzəmmət edilən/qınayan biridir.