Tur Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa sən onlardan bir mükafat istəyirsən onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
Bünyadov-Məmmədəliyev:
Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən onlar ağır borc yükü altındadırlar?!
Elmir Quliyev :
Или же ты просишь у них вознаграждения, и они обременены обязательствами?
Ələddin Sultanov:
Yoxsa sən onlardan bir ücrət tələb edirsən buna görə onlar ağır bir yük (borc) altında qalıblar?!
Kerbelayi Malik ağa:
Yoxsa sən onlardan bir ücrətmi istəyirsən? Buna görə onlar ağır bir borc altındadırlarmı?
Ələsgər Musayev:
Yoxsa sən onlardan əcr istəyirsən onlar ağır borc yükü altındadırlar?
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (ilahi tapşırıqların dinin çatdırılması üçün) onlardan muzd istəyirsən onlar onun cəriməsinə görə ağır yük altındadırlar?
Kövsər Tağıyev:
Yoxsa sən onlardan (təbliğ vəzifəsi qarşılığında) bir muzd istəyirsən, onlar ağır bir borc yükü altında qalıblar?
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa sən onlardan bir haqq istəyirsən ki, onlar da bir ağır borca düşürlər?
Sabirə Dünyamalıyeva:
Yoxsa sən onlardan bir muzd istəyirsən, buna görə onlar ağır bir borc yükünün altına giriblər?