Əlixan Musayev:
Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.
Elmir Quliyev
:
Мы предостерегли вас от наказания близкого. В тот день человек увидит, что уготовили его руки, а неверующий скажет: "Эх, если бы я был прахом!"
Ələddin Sultanov:
Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan (dünyada ikən) etdiyi əməllərinə baxacaqdır. Kafir isə: “Kaş mən torpaq olaydım!” - deyəcəkdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan əlləri ilə nələr etdiyinə baxacaq. Kafir olan: ‘Kaş mən torpaq olsaydım.’ deyəcək.
Ələsgər Musayev:
Biz nəzərinizə
çatdırdıq sizin əzabı – yaxınlığınızda olanı, o gün ki, görər nə
ki, qabaqca hazırlayıb onun əlləri və deyər kafir: «Ay kaş,
olardım torpaq!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».
Kövsər Tağıyev:
Şübhəsiz, biz sizi insanın öncədən əlləri ilə etdiklərinə baxacağı və inkarçının: “Kaş torpaq olaydım!” – deyəcəyi gündə baş verəcək yaxın bir əzab haqqında xəbərdar etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sizi yaxın bir əzab barəsində xəbərdar etmişdik. O günü insan öz əllərinin etdiyi əməlləri görəcəkdir və kafir deyəcəkdir: "Kaş torpaq olaydım!“
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Biz sizə yaxın olan bir əzab barədə xəbərdarlıq etdik." O gün, adam iki gücünün/mal-dövlətinin və ətrafındakıların təqdim etdiyi şeyə baxar/işlədikləri əməllərlə üzləşər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəs: "Ah, nə olaydı, mən bir torpaq olsaydım" deyər.