Ənfal Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, gözəl Himayədar, gözəl Yardımçıdır!
Bünyadov-Məmmədəliyev:
Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!
Elmir Quliyev :
Но если они отвернутся, то знайте, что Аллах ваш Покровитель. Как прекрасен этот Покровитель! Как прекрасен этот Помощник!
Ələddin Sultanov:
Əgər onlar (iman gətirməkdən) üz döndərsələr, bilin ki, Allah sizin himayədarınızdır. O gözəl himayədar gözəl yardımçıdır!
Kerbelayi Malik ağa:
Əgər dönərlərsə, Allahın sizin mövlanız olduğunu bilin. gözəl mövla gözəl yardımçıdır!
Ələsgər Musayev:
Əgər üz döndərdilər, bilin ki, Allah sizin Mövlanızdır. Nemətli Mövla nemətli Nəsir!
A.Mehdiyev və D.Cəfərli:
əgər üz döndərsələr, bilin ki, Allah sizin başçınız dostunuzdur. O gözəl başçı dost, gözəl yardımçıdır.
Kövsər Tağıyev:
Əgər üz döndərsələr, bilin ki, Allah sizin dostunuzdur. O gözəl dostdur! O gözəl yardımçıdır!
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar yenə geri dönsələr, bilin ki, Allah sizin himayəçinizdir. gözəl himayəçi, gözəl imdada yetən!
Sabirə Dünyamalıyeva:
əgər onlar boyun qaçırsalar, bilin ki, həqiqətən Allah sizin köməkçi, yol göstərən, himayəçi yaxınınızdır. O necə gözəl köməkçi, yol göstərən, himayəçi yaxındır, necə gözəl yardımçıdır.