Əlixan Musayev:
(Nuh) dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
Bünyadov-Məmmədəliyev:
Nuh dedi: “Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
Elmir Quliyev
:
Он сказал: "Садитесь на него! С именем Аллаха он будет плыть и останавливаться. Воистину, Господь мой — Прощающий, Милосердный".
Ələddin Sultanov:
Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, mənim Rəbbim bağışlayandır, mərhəmətlidir!”
Kerbelayi Malik ağa:
Ona minin. Onun üzməsi və dayanması Allahın adı ilədir. Şübhəsiz ki, mənim Rəbbim mütləq Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Dedi: «Süvar olun ona Allahın ismi
ilə, rəvan olsun onun hərəkəti və dayanacağı. Həqiqətən,
Rəbbim Ğəfurdur, Rəhimdir!»
A.Mehdiyev və D.Cəfərli:
Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona (gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır). Doğrudan da mənim Rəbbim çox bağışlayan və mehribandır».
Kövsər Tağıyev:
(Nuh:) “Minin ona. Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz, Rəbbim çox bağışlayandır, çox mərhəmət edəndir”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Oraya [gəmiyə] minin, onun hərəkəti də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir!"
Sabirə Dünyamalıyeva:
Və Nuh dedi ki: "İçərisinə minin, onların axması da, dayanması da Allahın adı ilədir. Şübhəsiz, Rəbbim həqiqətən çox bağışlayandır, çox mərhəmətlidir."