Əlixan Musayev:
Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”.
Bünyadov-Məmmədəliyev:
Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)
Elmir Quliyev
:
О мои товарищи по темнице! Один из вас будет разливать вино для своего господина, а другой будет распят, и птицы будут клевать с его головы. Дело, о котором вы спрашивали, уже предрешено".
Ələddin Sultanov:
Ey zindan yoldaşlarım! (Yuxunuzun yozumuna gəldikdə,) Sizdən biriniz yenə ağasına şərab içirdəcək, digəri isə asılacaq və quşlar onun başını yeyəcəklər. Soruşduğunuz məsələ barəsində hökm verilmişdir”.
Kerbelayi Malik ağa:
Ey zindan yoldaşlarım! Sizin ikinizdən biri bundan sonra əfəndisinə (ağasına) şərab süzəcək, lakin digəri asılacaq. Beləcə quşlar onun başından yeyəcəklər. İkinizin də soruşduğu iş haqqında qərar verilmişdir.
Ələsgər Musayev:
Ay zindan yoldaşlarım! Sizdən biriniz
rəbbinə şərab süzəcək və amma o birini səlibə çəkəcəklər
və quşlar onun başından yeyəcəklər. O əmri ki, siz fitvasını
istəyirdiniz, belə həll oldu!
A.Mehdiyev və D.Cəfərli:
«Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir. O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi qətidir».
Kövsər Tağıyev:
“Ey zindan yoldaşlarım! (Yuxunuzun yozumuna gəlincə) biriniz ağasına şərab verəcək, digəri isə asılacaq və quşlar başından yeyəcək. Yozumunu soruşduğunuz iş belə nəticələnmişdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey zindan yoldaşlarım! Sizlərdən biri öz ağasına şərab içirəcək, o biri isə çarmıxa çəkiləcək və quşlar onun başını dimdikləyib yeyəcək. Haqqında soruşduğunuz iş barəsində bax belə hökm verilib".
Sabirə Dünyamalıyeva:
Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz yenə ağasına şərab verəcək. Digəri də şəhər həyatından uzaqlaşdırılıb kənd təsərrüfatı işlərində işlədiləcək, daş karxanalarında işlədiləcək da quşlar onu başından yeyəcək. Budur, yozumunu istədiyiniz iş [belə] gerçəkləşdi." dedi.