Əlixan Musayev:
(Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)
Elmir Quliyev
:
Аллах сказал: "Это — путь, ведущий прямо ко Мне.
Ələddin Sultanov:
Allah dedi: “Mənə gətirən doğru yol budur!
Kerbelayi Malik ağa:
Allahu Təala belə buyurdu: ‘Bu, Mənə istiqamətləndirilmiş yoldur.’
Ələsgər Musayev:
Dedi: «Bu, Mənim üçün düz yoldur.
A.Mehdiyev və D.Cəfərli:
(İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».
Kövsər Tağıyev:
Allah: “Bu, mənə varan doğru yoldur.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: “Bu (sadiqlik) Mənə doğru ən düz yoldur.
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Bax bu, Mənim üstümə götürdüyüm doğru bir yoldur.