Əlixan Musayev:
Biz bu Quranda (dinin ehkamlarını) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin (bu) onların yalnız nifrətini artırır.
Bünyadov-Məmmədəliyev:
İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Quranda (Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər).
Elmir Quliyev
:
Мы дали разъяснения в этом Коране, чтобы они помянули наставление, но это лишь увеличивает их отвращение.
Ələddin Sultanov:
Şübhəsiz, düşünüb ibrət almaları üçün bu Quranda (hər cür xəbərdarlıq və vədləri) bəyan etdik. Ancaq bu onları (haqdan) daha çox uzaqlaşdırdı.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz təzəkkür (idrak) etsinlər deyə bu Quranda təkrar-təkrar (həqiqətləri) açıqladıq. Lakin bu onların nifrətlərini artırdı.
Ələsgər Musayev:
Əlbəttə, bu Qur’anda sərf etdik onların yad
etməsi üçün və bu, onlarda ancaq nifrət artırdı.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz bu Qur’anda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.
Kövsər Tağıyev:
And olsun, onlar düşünüb öyüd götürsünlər deyə biz (gerçəkləri) bu Qur`anda müxtəlif tərzdə açıqladıq. Lakin bu, onların ancaq qaçışlarını artırır.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bu Quranda (hər şeyi) müfəssəl izah etdik ki, onlar düşünüb daşınalar. Bu, onları (haqdan) daha da uzaqlaşdırdı.
Sabirə Dünyamalıyeva:
Biz, bu Quranda, onlar ağıllarını başlarına yığsınlar deyə, [sözü] müxtəlif şəkillərdə dolandırıb çevirdik/fərqli-fərqli şəkillərdə izah etdik. Və bu şərhlər, onların ancaq nifrətini artırmışdır.