Məryəm Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitabda İbrahimi xatırla! Həqiqətən, o, sadiq insan peyğəmbər idi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kitabda (Quranda) İbrahimi yad et (onun hekayətini ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) bir peyğəmbər idi.
Elmir Quliyev :
Помяни в Писании Ибрахима (Авраама). Он был правдивейшим человеком и пророком.
Ələddin Sultanov:
Kitabda İbrahimi an! Həqiqətən, o, çox dürüst bir insan peyğəmbər idi.
Kerbelayi Malik ağa:
Kitabda İbrahimi (ə.s) zikr et! Şübhəsiz ki, O, sadiq bir Nəbi idi.
Ələsgər Musayev:
Yad et kitabda Ibrahimi. Həqiqətən, o, oldu siddiq, nəbi.
A.Mehdiyev və D.Cəfərli:
bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu (Allahın) peyğəmbər(i) idi.
Kövsər Tağıyev:
Kitabda İbrahimi yad et. Həqiqətən, o, son dərəcə dürüst bir kimsə, bir peyğəmbər idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabda İbrahimi yada sal. Həqiqətən o, həmişə düz danışan bir adam, peyğəmbər idi.
Sabirə Dünyamalıyeva:
Kitabda İbrahimi yad et/xatırlat. Şübhəsiz ki, o, özü-sözü doğru biri idi, peyğəmbər idi.