Əlixan Musayev:
Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.
Bünyadov-Məmmədəliyev:
Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!
Elmir Quliyev
:
Уверуйте в то, что Я ниспослал в подтверждение того, что есть у вас, и не становитесь первыми, кто отказался уверовать в это. Не продавайте Мои знамения за ничтожную цену и Меня одного бойтесь.
Ələddin Sultanov:
Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman gətirin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun!
Kerbelayi Malik ağa:
Sizin yanınızda olanı (Tövratı) təsdiqedici olaraq nazil etdiyimə (Qurana) iman edin və Onu inkar edənlərin ilki siz olmayın. Ayələrimi az bir bədəl (qiymət, dəyər) ilə satmayın. Artıq yalnız Mənə qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Və inanın nə ilə nazil
etmişəm təsdiq edəndir nə ki sizinlədir və olmayın əvvəl kafir
onunla və alver etməyin ayətlərimlə az qiymətlə və təkcə Mənə
və təqvalılıq Mənə!
A.Mehdiyev və D.Cəfərli:
Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!
Kövsər Tağıyev:
Əlinizdəki Tövratı təsdiqləyici olaraq endirdiyimizə (Qur`ana) iman edin. Onu inkar edənlərin ilki olmayın. Ayələrimi ucuz qiymətə dəyişməyin və mənə qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Nazil etdiyim (o Qurana) iman gətirin ki, əlinizdə olanı (Tövratı) təsdiqləyir. Ona küfr edənlərin birincisi olmayın ! Mənim ayələrimi ucuz tutmayın ! Yalnız Məndən qorxun !
Sabirə Dünyamalıyeva:
Sizin yanınızdaki Tövratı təsdiqləyici olaraq nazil etdiyim Qurana iman gətirin, Onun haqq kitab olduğunu bilə-bilə inkar edənlərin əvvəlincisi siz olmayın. Mənim ayələrimi cüzi bir qiymətə satmayın. Və yalnız Mənim mühafizəm altına daxil olun.