Ənbiya Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allahın )səndən əvvəlki elçiləri məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri (həmin o) istehza etdikləri şey məhv etdi.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən əvvəl peyğəmbərlərə istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqların şeyin özü (peyğəmbərlərin onları qorxutduğu əzab) məhv etdi.
Elmir Quliyev :
До тебя посланники тоже подвергались осмеянию, но тех, которые смеялись над ними, окружило (или поразило) то, над чем они насмехались.
Ələddin Sultanov:
Heç şübhəsiz, səndən əvvəlki peyğəmbərlərə istehza edilmişdi. Ancaq istehza etdikləri (əzab) istehza edənləri bürüdü (və onları məhv etdi).
Kerbelayi Malik ağa:
And olsun ki, səndən əvvəl rəsullarla istehza edildi. Sonra istehza etmiş olduqları şey istehza edənləri əhatə etdi.
Ələsgər Musayev:
Əlbəttə, istehza etdilər rəsulları səndən qabaq. Haqladı o kəsləri ki, məsxərə edirdilər, ki, istehza etdikləri.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən səndən əvvəlki peyğəmbərlərə istehza edilmişdi. Onlara (peyğəmbərlərə) istehza edənləri istehza etdikləri şeyin cəzası tutdu.
Kövsər Tağıyev:
And olsun, səndən əvvəl bir çox peyğəmbərlərə istehza edildi. Onlardan istehza edənləri istehza etdikləri o şey haqladı.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəlki peyğəmbərlər məsxərəyə qoyulmuşdular. Onlan ilə məsxərəyə qoyurdularsa, özləri ona düçar oldular.
Sabirə Dünyamalıyeva:
heç şübhəsiz səndən əvvəl bir çox elçiyə istehza edildi, istehza edənləri o istehza etdikləri şey bürüdü.