Möminun Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!
Bünyadov-Məmmədəliyev:
(Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
Elmir Quliyev :
Вопль поразил их по справедливости, и Мы обратили их в подобие сора, растворенного в потоке. Да сгинут люди несправедливые!
Ələddin Sultanov:
Beləcə, labüd olan o qorxunc səs onları yaxaladı Biz onları sel üstündəki süpürüntüyə çevirdik. Zalım qövm (Allahın mərhəmətindən) uzaq olsun!
Kerbelayi Malik ağa:
Beləcə onları layiq olduqları qorxunc bir səs yaxaladı. Onları çör-çöp etdik. Artıq zalım qövm (Allahın rəhmətindən) uzaq olsun.
Ələsgər Musayev:
Haqq olaraq tutdu onları bərk səs onları sel üzünün çör-çöpü etdik. Zalim qoum həlak olacaq!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət məsləhətinə əsasən) onları (göydən gələn bir) bağırtı bürüdü. Onları sel üzərindəki çör-çöp (kimi) etdik. Buna görə məhv (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!
Kövsər Tağıyev:
(Çox keçmədən) o qorxunc səs onları haqq olaraq yaxaladı. Biz onları çör-çöp yığını halına saldıq. Zalımlar qövmü Allahın rəhmətindən uzaq olsun!
M.Qənioğlu və T.Bilaloğlu:
Onları haqq olaraq tükürpədici hayqırtı yaxaladı Biz onları qupquru çör-çöpə çevirdik. Məhv olsun haqsız adamlar!
Sabirə Dünyamalıyeva:
Sonra da bağırtı onları haqq ilə yaxaladı. Beləcə, onları çör-çöp [kimi] etdik. Artıq uzaqlıq, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfaya məxsusdur.