Nəml Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq ya tanımayanlardan olacaq?”
Bünyadov-Məmmədəliyev:
(Süleyman) dedi: “(Bəlqəsin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!”
Elmir Quliyev :
Он сказал: "Переделайте ее трон так, чтобы она не узнала его, и мы посмотрим, следует она прямым путем или же является одной из тех, кто не следует прямым путем".
Ələddin Sultanov:
Süleyman: “Onun taxtını tanınmaz bir hala salın, görək, (Bəlqis onu) tanıyacaq, yoxsa tanımayacaq?” - dedi.
Kerbelayi Malik ağa:
(Süleyman ə.s): ‘Onun taxtının şəklini dəyişdirin. Görək, hidayətə ərəcəkmi, yoxsa hidayətə ərməyəcəkmi?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Dəyişdirin onun üçün ərşini, nəzər salaq, o hidayət tapacaqmı, yoxsa olacaq o kəslərdən ki, hidayət tapmayıb?!»
A.Mehdiyev və D.Cəfərli:
(Bu zaman Süleyman) dedi: «Onun taxtını (rəngini formasını dəyişməklə) tanınmaz hala salın, baxaq görək (onu tanımaqla) yol tapacaq, ya yol tapmayanlardan olacaq».
Kövsər Tağıyev:
Süleyman: “Onun taxtını tanınmaz hala salın. Görək, tanıyacaq, yoxsa tanımayanlardan olacaq?” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Süleyman dedi: “Onun üçün [Bilqeys üçün] taxt-tacını tanınmaz hala salın. Görək o, düz yol tapacaq, ya düz yolla getməyənlərdən olacaq [onu tanıyacaq, ya yox].“
Sabirə Dünyamalıyeva:
Süleyman dedi ki: "Onun üçün taxtını tanınmaz edin [onunla adi bir adam kimi rəftar edin], görək o, yönəldildiyi yolu tapanlardanmı olacaq, yoxsa yönəldildiyi doğru yolu tapmayanlardanmı olacaq [Görək müsəlmanlığında səmimidir, yoxsa yox?]!"