Ali-İmran Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. (Həmin vaxtda) Rəbbini çox yad et səhər-axşam (Onun şəninə) təriflər de!”
Bünyadov-Məmmədəliyev:
(Zəkəriyya: ) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər”, - dedikdə, (Allah: ) “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) səhər-axşam şəninə təriflər deyib şükür et!” buyurdu.
Elmir Quliyev :
Закария (Захария) сказал: "Господи! Покажи мне знамение". Аллах сказал: "Твое знамение будет в том, что ты будешь три дня разговаривать с людьми только знаками. Много поминай своего Господа и славь Его перед закатом и утром".
Ələddin Sultanov:
Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”
Kerbelayi Malik ağa:
(Zəkəriya ə.s): ‘Rəbbim, mənə bir əlamət (işarə) göstər’ dedi. Allah: ‘Sənin əlamətin üç gün insanlarla yalnız işarə ilə danışmaq olacaqdır. Rəbbini çox zikr et Onu axşam səhər təsbeh et.’ buyurdu.
Ələsgər Musayev:
Dedi: «Rəbbim! Et mənim üçün ayət!» Dedi: «Ayətin sənin, hansı ki, kəlmə kəsməyəcəksən insanlarla üç gün, ancaq rəmz ilə. Yad et Rəbbini çoxlu saya sal gecə səhərlər!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Ey R?bbim, (bu mujd?nin seytan?n v?sv?s?si deyil, S?nin t?r?find?n olmas?n? v? ya zovc?min hamil? oldugunu bilm?yim ucun) m?n? bir nisan? mu?yy?nl?sdir.» Dedi: «S?nin nisan?n budur ki, uc gun camaatla yaln?z r?mz v? isar? il? dan?sa bil?c?ks?n. V? oz R?bbini cox zikr et, axsam v? s?h?r cag? pak sif?tl?rl? m?dh ed?r?k muq?dd?s bil!»
Kövsər Tağıyev:
Zəkəriyya: “Rəbbim! (övladım olacağına dair) mənə bir əlamət ver”, dedi. Allah da belə buyurdu: “Sənin üçün əlamət insanlarla üç gün danışmamaq, sadəcə işarələrlə ünsiyyət qurmaqdır. Bir Rəbbini çox zikr et, səhər-axşam təsbih et”.
M.Qənioğlu və T.Bilaloğlu:
Zəkəriyyə dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət göstər!" Allah dedi: "Əlamətin odur ki, sən üç gün insanlarla ancaq işarə ilə danışacaqsan. Rəbbini tez-tez yadına sal səhər-axşam şəninə təriflər de!"
Sabirə Dünyamalıyeva:
Zəkəriyya: "Ey Rəbbim! Mənim üçün bir əlamət/nişan göstər" dedi. Allah: "Sənin əlamətin/nişanın insanlarla üç gün danışmamaqdır, işarəylə danışmaq istisna olmaqla. Rəbbini çox yada sal, hər zaman Onu nöqsanlıqlardan pak tut" dedi.-