Əhzab Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Allahı tez-tez yada salın!
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahı çox zikr edin!
Elmir Quliyev :
О те, которые уверовали! Поминайте Аллаха многократно
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allahı çox zikr edin!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allahı çox zikrlə (günün yarısından çox) zikr edin.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Yad edin Allahı çoxlu yad etməklə
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allahı çox zikr edin!
Kövsər Tağıyev:
Ey iman edənlər! Allahı çox zikr edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allahı tez-tez zikr edin,
Sabirə Dünyamalıyeva:
Ey iman edən kəslər! Allahı xatırlamağınız 'çox xatırlamaq' şəklində olsun.