Zuxruf Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl Öz dərgahımıza) götürüb aparsaq, (bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq!
Elmir Quliyev :
Мы можем забрать тебя, но Мы все равно непременно отомстим им.
Ələddin Sultanov:
Biz səni götürüb aparsaq da, heç şübhəsiz, onlardan intiqam alacağıq.
Kerbelayi Malik ağa:
Lakin səni aralarından mütləq aparacağıq (həyatına son verəcəyik). O zaman mütləq biz onlardan intiqam alacağıq.
Ələsgər Musayev:
vaxt ki, Biz səni aparaq onda onlardan intiqam alarıq!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, əgər Biz səni (bu dünyadan) aparsaq şübhəsiz, onlardan intiqam alacağıq!
Kövsər Tağıyev:
Ya biz səni (bu dünyadan) alıb apararıq, onlardan intiqam alarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz səni (onlara cəza verməzdən əvvəl dərgahımıza) aparsaq (bil ki), Biz onlardan mütləq intiqam alacağıq.
Sabirə Dünyamalıyeva:
Artıq əgər Biz, səni götürüb aparsaq belə, şübhəsiz, Biz, onları cəzalandıraraq ədaləti bərqərar edərik.