Qaf Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Dinlə (ey Peyğəmbər!) O gün carçı yaxın bir yerdən çağıracaqdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” deyəcək suru ikinci dəfə üfürəcəkdir).
Elmir Quliyev :
Слушай! В тот день глашатай воззовет поблизости (или прислушайся в тот день, когда глашатай воззовет поблизости).
Ələddin Sultanov:
Dinlə! Carçının yaxın bir yerdən səslənəcəyi gün -
Kerbelayi Malik ağa:
Carçının yaxın bir yerdən səsləndiyi gün onu dinlə.
Ələsgər Musayev:
eşit o gündə çağıranı yaxın məkandan çağırdığı zaman.
A.Mehdiyev və D.Cəfərli:
Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)!
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Çağıranın yaxın bir yerdən səslənəcəyi gün (o səsə) qulaq ver.
M.Qənioğlu və T.Bilaloğlu:
Carçı yaxın bir yerdən (təkrar dirilməyə) çağıran günü (sur səsini) dinlə.
Sabirə Dünyamalıyeva:
sən, carçının yaxın bir yerdən car çəkəcəyi günə qulaq ver;