Əlixan Musayev:
Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər (Allah) istəsə, Ona (uzaqlaşdırması haqqında) yalvardığınız (bəlanı) aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.
Bünyadov-Məmmədəliyev:
Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)
Elmir Quliyev
:
О нет! Вы будете призывать только Его. Если Он пожелает, то избавит вас от того, по поводу чего вы станете взывать к Нему, и тогда вы забудете о тех, кого приобщали в сотоварищи.
Ələddin Sultanov:
Əksinə, yalnız Ona (Allaha) yalvaracaqsınız. Əgər O diləyərsə, yalvardığınız şeyi (bəlanı sizdən) dəf edər və siz də (Allaha) şərik qoşduqlarınızı (bütlərinizi) unudarsınız.
Kerbelayi Malik ağa:
Xeyr (əksinə), yalnız Ona dua edərsiniz (yalvararsınız). Artıq O, dilərsə, Ona dua etdiyiniz şeyi aradan qaldırar və şirk (ortaq) qoşduğunuz şeyləri unudarsınız.
Ələsgər Musayev:
Bəli! Təkcə Onu çağırarsınız. Əgər O istəsə ondan sizə şəfa edər və o şeyi ki, Ona şərik qərar verirdiniz,yaddan çıxardarsınız.
A.Mehdiyev və D.Cəfərli:
Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.
Kövsər Tağıyev:
“Xeyr! (Bu vəziyyətdə) yalnız Ona dua edərsiniz, O da istərsə, (qurtulmaq üçün) dua etdiyiniz sıxıntını aradan qaldırar və siz o an Allaha şərik qoşduqlarınızı unudarsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr, yalnız Onu çağıracaqsınız. Əgər O istəsə, barəsində Ona yalvardığınız (bəlanı) aradan götürər və siz (Ona) qoşduğunuz şərikləri unudarsınız."
Sabirə Dünyamalıyeva:
Əslində yalnız Allaha yalvaracaqsınız və O, istəsə, yalvardığınız şeyi [aradan] götürər və siz də Ona şərik qoşduğunuz şeylərin [adını] dilinizə gətirməzsiniz."