Məaric Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz.
Bünyadov-Məmmədəliyev:
Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müti olan başqa bir məxluq gətirməyə). (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
Elmir Quliyev :
заменить их теми, кто лучше них, и никто не превзойдет Нас.
Ələddin Sultanov:
Onların əvəzinə onlardan daha yaxşılarını gətirməyə! Heç kəs Bizə mane ola bilməz!
Kerbelayi Malik ağa:
Onları daha xeyirlisi ilə əvəz etməyə. Heç kəs Bizim qarşımıza keçə bilməz.
Ələsgər Musayev:
üzərində onun ki, dəyişək onları onlardan xeyirlisi ilə Bizi qabaqlayan olmaz!
A.Mehdiyev və D.Cəfərli:
Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!
Kövsər Tağıyev:
Şərqlərin qərblərin Rəbbinə and içirəm ki, şübhəsiz,
M.Qənioğlu və T.Bilaloğlu:
onları daha yaxşıları ilə əvəz edək. (Heç kim bu işdə) qabağımızı kəsə bilməz.
Sabirə Dünyamalıyeva:
onların yerinə onlardan daha xeyirli olanları gətirməyə həqiqətən Bizim gücümüz çatar. heç kəs Bizim qarşımıza keçə bilməz.